Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

ABŞ dövlət katibi Misirin xarici işlər naziri ilə Qəzzanın gələcəyini müzakirə edib

 

ABŞ dövlət katibi Marko Rubio və Misirin xarici işlər naziri Bədr Abdel Atti Vaşinqtonda keçirilən görüşdə Qəzza zolağında idarəetmə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Yenixeber.org xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryusun yazılı açıqlamasında məlumat verilib.

Rubio Qəzzada münaqişədən sonrakı idarəçilik və təhlükəsizlik planlarının həyata keçirilməsi üçün sıx əməkdaşlığın vacibliyini bir daha vurğulayıb.

Dövlət katibi həmçinin vurğulayıb ki, Fələstinin radikal HƏMAS hərəkatı bir daha heç vaxt Qəzzanı idarə edə və İsraili təhdid edə bilməyəcək.

Tərəflər Suriyada baş verənlər proseslər ətrafında da fikir mübadiləsi aparıblar.

Rubio və Abdel Atti həmçinin sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün ikitərəfli əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam