Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpası şərtlərini açıqlayıb

 

Rusiya ilə diplomatik əlaqələr Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədən qurula bilməz.

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze İsveçrənin “Die Weltwoche” həftəlik nəşrinə müsahibəsində bildirib.

"Bizim diplomatik əlaqələrimiz yoxdur və Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədən olmayacaq. Lakin yenə də biz praqmatik siyasət yürüdürük. Praqmatizm olmadan Gürcüstan əlbəttə ki, sağ qala bilməz", - o bildirib.

İ.Kobaxidzenin sözlərinə görə, bu, ölkə tarixinin əsas dərslərindən biridir. Eyni zamanda, Baş nazir qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı münasibətlərdə konkret istiqamətlər var: "Ölkəmizin ərazi bütövlüyü bərpa edilmədən diplomatik əlaqələr, əlbəttə ki, bərpa olunmayacaq. Bu, təkcə siyasi deyil, həm də hüquqi məsələdir".

O bildirib ki, Gürcüstan və Rusiya arasında hələ də diplomatik əlaqələr, siyasi əlaqələr, təmaslar yoxdur, “ona görə də kommunikasiyanın bu hissəsi, sadəcə son dərəcə məhduddur”.

"Lakin bizim ticari, iqtisadi əlaqələrimiz var, bu gün vəziyyət belədir və biz münasibətlərimizdəki bu mənzərəni qoruyub saxlamaq niyyətindəyik", - Baş nazir əlavə edib.

Rusiya bu gün Gürcüstanın ikinci böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 5,4 % artaraq 5,4 milyard dollar təşkil edib. 2024-cü ildə Gürcüstan məhsullarının ixracında Rusiyanın payı 10,8 % təşkil edib. Rusiyadan idxal olunan malların payı isə ümumi idxalın 11,2 %-ni təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam