Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Muxtar Babayev COP28-in prezidenti ilə iqlim sahəsində əməkdaşlığı müzakirə edib- FOTO

 

COP29-un prezidenti Muxtar Babayev COP28-in prezidenti Sultan əl-Cabirlə iqlim maliyyələşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib.

Yenxeber.org xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

"COP29-un prezidenti Muxtar Babayev WGS25-də (World Governments Summit) Sultan əl-Cabirlə görüşüb və ötən il COP28 sədrliyi tərəfindən Azərbaycana göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Onlar həmçinin BƏƏ və Azərbaycan arasında əsas iqlim prioritetləri, xüsusilə iqlim maliyyələşdirilməsi, enerji keçidi və innovativ həllər sahəsində tərəfdaşlığın davam etdirilməsi imkanlarını müzakirə ediblər. Tərəflər süni intellekt də daxil olmaqla yeni texnologiyaların qlobal iqlim fəaliyyətlərinin sürətləndirilməsində və ümumi hədəflərə nail olunmasında necə mühüm rol oynaya biləcəyini müzakirə ediblər", - məlumatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam