Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Eks nazir Rahim Hüseynovun ölkədən çıxışına "stop" qoyuldu -SƏBƏB

Azərbaycanda eks nazirə ölkədən çıxmaq  QADAĞAN EDİLDİ
Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxşı məhdulaşdırılıb.
Yenixeber.org: Bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb.
Rahim Hüseynovun ölkədən çıxışına "stop" qoyulması Təfəkkür Universitetinin vergi borcu ilə əlaqəlidir.
İş materiallarından aydın olur ki, Təfəkkür Universitetinin 24 415,41 manat vergi borcu var. Universitet borcu ödəmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tututaraq borc ödənilədək universitetin rəsmi təmsilçisinə "stop" qoyulmasını xahiş edib. Rahim Hüseynov hazırda "Təfəkkür"ün qanuni təmsilçisidir. Beləliklə, o, borc ödənilədək ölkədən çıxa bilməyəcək.
Rahim Hüseynov 1992-1993-cü illərdə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb. 1995-ci ildən Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləyir. Bəzi iddialara görə, Rahim Hüseynov universitetin əsas təsisçilərindən biridir.
Təfəkkür Universiteti hazırda fəaliyyət göstərmir. 2016-cı ildə universitetin akkreditasiya müddəti bitib. Bundan sonra Elm və Təhsil Nazirliyi universitetin akkreditasiyasının keçirilməməsi barədə qərar qəbul edib.(qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam