Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

“Medilandia Hospital”da uşaq ölümünə görə yoxlama aparıldı -ciddi pozuntular aşkarlandı

media-999
Yeni doğulan uşağın ölümü ilə bağlı açılan cinayət işi üzrə Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən “Medilandia Hospital”da aparılan araşdırma zamanı ciddi nöqsanlar müəyyən edilib.
Yenixeber.org: Hüquq-mühafizə və aidiyyəti qurumlar tərəfindən aparılan yoxlamalar zamanı bəzi işçilərin əmək müqaviləsi qüvvəyə minmədən müxtəlif işlərə və xidmətlərə cəlb edilməsi faktı aşkar edilib.
Məlum olub ki, klinikada 15 oktyabr 2024-cü ildən 3 fevral 2025-ci il tarixinədək tibb bacısı vəzifəsində çalışan A.S. ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmayıb.
Aşkarlanmış qanun pozuntuları ilə əlaqədar olaraq klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə “Medilandia Hospital” rəhbərliyi sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində cərimələnib.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam