Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Xəzər dənizində yaradılan süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər müəyyənləşib

 

Xəzər dənizinin (gölünün) Azərbaycana məxsus hissəsində yaradılan süni torpaq sahələrinin icarəyə verilməsi üçün tələb olunan sənədlər müəyyənləşdirilib.

Yenixeber.org xəbər verir ki, bu məqsədlə İqtisadiyyat Nazirliyinin Kollegiyası “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”na dəyişiklik edib.

Nazir Mikayıl Cabbarovun imzaladığı qərara əsasən, icarəyə verilən torpaq sahələrinin kateqoriyalarına “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğun olaraq formalaşdırılmış sahələr də əlavə olunub.

Bu cür sahələrin icarəyə verilməsi üçün hüquqi və ya fiziki şəxslərdən iki sənəd tələb olunur: ərizə və süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam