Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

“Oğlumun şəklinin qarşısında xoşagəlməz hərəkətlər etmişdi...”

 

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanovanın bir kişiyə qarşı təhqiredici hərəkətlərini əks etdirən görüntülər yayılıb.

Yenixeber.org-un xəbərinə görə, L.Zamanova hadisə ilə bağlı açıqlama verib.

L.Zamanova videodakı şəxsin içkili halda oğlunun xatirə lövhəsi qarşısında xoşagəlməz hərəkətlər etdiyi üçün bu addımı atdığını bildirib:

“O kişi tanımadığım insandır, axmaq hərəkət etmişdi. İçkili halda oğlumun şəklinin qarşısında elə hərəkətlər etməsi mənə pis təsir etdi, dözə bilmədim. Ona görə elə etdim. Ailəsi və yaxınları gəlib üzrxahlıq elədi. Atası xəstədir, yorğan-döşəkdə yatır, özü də xəstə övlad atasıdır. Ona görə də, böyüklük göstərib onu bağışladım...”.

Xatırladaq ki, DİN-in Mətbuat xidmətinin regional qrupundan tərəflər arasında olan mübahisənin Füzuli Rayon Polis Şöbəsində araşdırıldığı, mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materialların məhkəməyə göndəriləcəyi bildirilib. 

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, ölümündən sonra müxtəlif medallarla təltif edilib.(Manset.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam