Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Hesablama Palatası: Qarabağda görülən işlərdə dövlət qurumlarının vəsaitlərindən də istifadə edilib

 

2024-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsi vəsaiti ilə yanaşı müvafiq dövlət qurumlarının vəsaitlərindən də istifadə edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Hesablama Palatasının (HP) "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, auditlər və təhlillər göstərir ki, bəzi hallarda işğaldan azad olunmuş ərazilərdə qeyri-büdcə təşkilatlarının vəsaitləri hesabına həyata keçirilməsi mümkün olan bəzi layihələrin, habelə şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində görülən işlərin maliyyələşməsi üçün ayrılan xərclər üzrə optimallaşdırma işlərinin aparılması ilə dövlət büdcəsinin vəsaitləri üzrə qənaətlilik prinsiplərinə üstünlük verilib.

Təqdim olunmuş məlumatlara əsasən, ötən ilin sonuna işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumilikdə 6 sifarişçi üzrə 59 layihəyə digər mənbələrdən (öz vəsait hesabına və digər) 491,7 milyon manat maliyyələşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam