Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ərdoğan: Zəngəzur dəhlizi Türkiyədən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir

 

Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvanla quru əlaqəsi olmaqla yanaşı, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlaması zamanı deyib.

Prezidentin sözlərinə görə, qısa müddətdə bu keçidin açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək:

"Biz qonşumuz İrandan bölgəmizdə sülhə, əmin-amanlığa və inkişafa xidmət edəcək bu addımları dəstəkləməsini gözləyirik. Biz istəyirik ki, bu mühitdən hamı faydalansın. Atılan hər addım, açılan hər qapı və dəhliz iqtisadi qazanc gətirəcək, ölkələri zamanla yaxınlaşdıracaq".

Türkiyə lideri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və inkişaf fəaliyyətini qətiyyətlə dəstəklədiyini də əlavə edib.

Onun sözlərinə görə, Türkiyə illərdir, davam edən iztirabların qarşısının alınmasına, Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın və rifahın bərqərar olmasına böyük əhəmiyyət verir:

"Türkiyə Azərbaycan və Ermənistan arasında atılan addımları alqışlayır. Sülh sazişinin mətni üzrə əldə olunan razılaşmanı da sabitliyə gedən yolda mühüm inkişaf kimi görür və bu prosesin tez bir zamanda yekunlaşmasını arzu edir. Müharibənin qalibi Can Azərbaycan həm də regionda sülhün memarı kimi meydana çıxıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam