Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

KİV: HAMAS ABŞ-ın atəşkəs təklifini rədd edəcək

 

HAMAS ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Qəzzada atəşkəslə bağlı təklifini rədd edəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə BBC HAMAS-ın nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, buna səbəb həmin təklifin sözügedən təşkilatın martaqlarına cavab verməməsidir.

HAMAS təmsilçisi onu da bildirib ki, təşkilat hazırda həmin təklifi müzakirə edir.

Qeyd edək ki, bu təklif özündə Qəzzada 60 günlük atəşkəsin elan edilməsini və ilk həftədə HAMAS-ın girovluğunda qalan 10 nəfərin mərhələli şəkildə azadlığa buraxılmasını, habelə həlak olan 18 girovun meyitinin təhvil verilməsini özündə ehtiva edir.

O da bildirilib bi, buna cavab olaraq İsrail tərəfi isə adları daha öncə təsdiqlənmiş siyahıda olan fələstinli girovları sərbəst buraxmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam