Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Sahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb- FOTOLAR

 

Milli Məclisin sədri Sahibə Qafarova Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.

Yenixeber.org xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əlaqələrin dostluq və qardaşlıq əsasında inkişafından məmnunluq ifadə edilib.

Spiker Sahibə Qafarova ötən həftə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri, dövlət başçılarının işğaldan azad olunmuş Laçın şəhərinə səfəri və burada Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Zirvə Görüşünün keçirilməsini məmnunluqla xatırladıb. O bildirib ki, bu görüş ortaq dəyərləri bölüşən ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürüdür. Spikerin fikrincə, bu Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrimizin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ təşkil edəcək.

Səfir Qasım Mohiuddin Pakistan və Azərbaycan xalqları arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərini vurğulayıb. O, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin salamlarını Azərbaycan parlamentinin spikerinə çatdırıb.

Səfir Qasım Mohiuddin Pakistan və Hindistan arasında münaqişə barədə geniş məlumat verib. Diplomat, ölkələrimizin bütün məsələlərdə bir-birinə dəstək verdiyini söyləyərək, Azərbaycanın Pakistana dəstəyinin əhəmiyyətini qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam