Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb

Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük bu ölkəyə çatdırılıb.

Yenixeberorg.az xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Təhvil verilmə mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev, Ukrayna Energetika Nazirliyinin xarici əlaqələr depatamentinin rəhbəri Aleksandr Boqdanets iştirak edib.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 1,5 milyon dollar ( 2,5 milyon manat) Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqlarıdır.

Humanitar yükün tərkibinə 9 transformator, 186 km kabel və 12 kV-luq paylayıcı avadanlıq daxildir.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam