Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ukraynanın Çerniqov vilayətinə PUA-larla hücum olub -5 nəfər ölüb

 

Rusiya hərbçilərinin Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində bir yaşlı uşaq olmaqla azı 5 nəfər ölüb.

Yenixeber.org: Bu barədə Çerniqov vilayətinin dövlət administrasiyasının rəhbəri Vyaçeslav Çaus telegramda yazıb.

O, hücumda ən azı altı PUA-nın istifadə edildiyini qeyd edib:

“Partlayışlar yaşayış massivindəki evlərə ziyan vurub. Dağıntılar altından iki qadın və bir yaşlı uşağın cansız bədəni çıxarılıb. Hazırda altı yaralı haqqında da məlumat var, onlar yerli xəstəxanalara yerləşdirilib, bütün lazımi yardımlar göstərilir”.

Vyaçeslav Çaus əlavə edib ki, hazırda hücumların baş verdiyi ərazidə təcili xidmətlərin əməkdaşları işləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam