Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Polşa prezidenti Ukraynaya qarşı çıxdı...

Polşa prezidenti Ukraynanın Aİ-yə sürətlə daxil olmasına qarşı çıxıb

Polşanın seçilmiş prezidenti Karol Navroçki Ukraynanın Avropa İttifaqına (Aİ) sürətlə daxil olmasına qarşı olduğunu bildirib.

Yenixeber.org: Bu barədə o, Macarıstanın “Mandiner” nəşrinə müsahibəsində deyib.

O vurğulayıb ki, bu məsələ müzakirə edilərkən Ukraynanın sürətləndirilmiş inteqrasiya prosesindən zərər çəkə biləcək digər ölkələrin də maraqlarının nəzərə alınması vacibdir.

“Hazırda mən Ukraynanın Avropa İttifaqına daxil olmasının əleyhinəyəm. Ukrayna bilməlidir ki, Polşa və Macarıstan kimi digər Avropa ölkələrinin də öz maraqları var”.

Onun fikrincə, Ukraynanın Aİ-yə üzvlüyü bu ölkələrin iqtisadiyyatına və kənd təsərrüfatına mənfi təsir göstərə bilər.

Navroçki qeyd edib ki, hətta müxalifətdəki “Hüquq və Ədalət” partiyasının namizədi kimi o, bu ideyanı dəstəkləməyib və vəzifəyə gəldikdən sonra fikrini dəyişməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam