Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ukrayna Britaniyadan 2,3 milyard dollar cəlb edəcək

 

Ukrayna əlavə silah alışı üçün Böyük Britaniyadan 1,7 milyard funt (2,3 milyard dollar) cəlb etməyi planlaşdırır.

Yenixeber.org xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkələrdə bildirib.

"Ukrayna əlavə silah alışı üçün Böyük Britaniyadan təxminən 1,7 milyard funt cəlb edəcək. Müvafiq qərar hökumətin iclasında qəbul edilib. Bu vəsaitə “Rapid Ranger” zenit raket kompleksləri, həmçinin “Marlet” yüngül çoxməqsədli raketlər almağı planlaşdırırıq. Bu, bizim hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcək", - o qeyd edib.

İyun ayının əvvəlində Böyük Britaniya dronların tədarükündə rekord yardım göstərəcəyini elan edib. Söhbət 350 milyon funtdan (472,5 milyon dollar) gedir ki, bu da bu il Ukraynaya 100 min pilotsuz uçuş aparatının verilməsinə imkan yaradacaq.

Böyük Britaniya yeni müdafiə strategiyası çərçivəsində Kiyevə hərbi yardım üçün hər il 3 milyard funt sterlinq (4 milyard dollar) ayırmağa davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam