Dneprdə vağzal dronla vuruldu:13 nəfər ölüb

Rusiya Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib, nəticədə 13 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb.
Yenixeberorg.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
"Ukrzaliznıtsya" şirkətinin məlumatına görə, zərbə vağzalın platformalarından birinə dəyib və həmin vaxt orada Dnepr - Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı olub.
Elan edilmiş yüksək təhlükə səviyyəsinə baxmayaraq, platformada insanlar olub.
Xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.









AZ
RU