Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Allahşükür Paşazadə Qurbanqulu Berdiməhəmmədovla görüşdü —FOTOLAR

İyulun 16-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Yenixeber.org: Şeyxülislam Allahşükür Paşazadə qonağın Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Ümummilli Lider Heydər Əliyevin türkdilli dövlətlər arasında əməkdaşlığa verdiyi xüsusi önəmi xatırladaraq, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Allahşükür Paşazadə Türkmənistanın müstəqillik əldə etdikdən sonra inkişaf yolunu seçdiyini, dövlətin uğurlarını məmnunluqla izlədiyini bildirərək, yaxın vaxtlarda Türkmənistana yenidən səfər etmək və Prezident Sərdar Berdiməhəmmədovla görüşmək arzusunda olduğunu deyib.
Dini sahədə əməkdaşlıq məsələlərinə toxunan Allahşükür Paşazadə Türkmənistanın müftisi ilə əvvəlki görüşünü xatırladıb. O, hər iki ölkənin dövlət başçılarının rəhbərliyi ilə Azərbaycan–Türkmənistan münasibətlərinin, o cümlədən dini-mənəvi sahədə əməkdaşlığın daha da genişləndiyini vurğulayıb.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxışında Prezident İlham Əliyevlə keçirdiyi görüşdən məmnunluğunu ifadə edib. Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə Türkmənistan arasında mövcud dini və mənəvi bağlılığın xalqlarımızın dostluq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb, bu görüşün əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Görüşdə birgə təşəbbüslərin strateji əhəmiyyət daşıdığı vurğulanıb, dini-mənəvi əməkdaşlığın bu çərçivədə mühüm yer tutduğu və gələcəkdə bu istiqamətdə birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Türkmənistan Xalq Məsləhətinin sədri şeyxülislam Allahşükür Paşazadəni Türkmənistanda keçiriləcək məscid açılışı mərasiminə dəvət edib.
Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
Görüşün sonunda qonağın şərəfinə ziyafət verilib.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam