Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Rusiyadan Britaniyaya qarşı cavab sanksiyaları...

Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Rusiya Böyük Britaniya mediası, QHT-ləri, konsultasiya strukturları və ekspert icmasına qarşı şəxsi sanksiyalar tətbiq edib.

Yenixeber.org: Bu haqda məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda bildirlir ki, Böyük Britaniyanın media nümayəndələri, QHT-lər, konsultasiya strukturları və ekspert icmasından olan ümumilikdə 21 şəxsə qarşı cavab tədbiri olaraq şəxsi sanksiyalar tətbiq edib.

Sanksiya siyahısında yer alanlardan bəziləri Britaniya vətəndaşları, digər hissəsi isə "destruktiv britaniyalı media və konsultasiya strukturları ilə əməkdaşlıq edən üçüncü ölkə vətəndaşlarıdır" və onlara artıq Rusiya ərazisinə girmək qadağan edilib.

"Bu şəxslər arasında Rusiya haqqında dezinformasiya yaymaq və Xüsusi Hərbi Əməliyyat kontekstində əsassız ittihamlar irəli sürmək, həmçinin Qərbin Rusiya əleyhinə siyasətinin sərtləşdirilməsi və Kiyev rejiminin dəstəklənməsini təşviq edən düşmən fəaliyyətləri həyata keçirənlər var", - deyə məlumatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam