Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Şahin Mustafayev Bəndər Abbas limanında olub -FOTO

Şahin Mustafayev Bəndər Abbas limanında olub
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində Bəndər-Abbas şəhərində yerləşən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan limana baş çəkib.

Yenixeber.org: Bu barədəNazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyəti limana baxış keçirmiş və onun infrastrukturu ilə tanış olub. İranın Yol və Şəhərsalma nazirinin müavini Səid Rəsuli liman haqqında geniş təqdimat vermiş və onun fəaliyyəti haqqında ətraflı məlumat təqdim edib. Görüş zamanı mümkün əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Bəndər Abbas şəhərinə səfər zamanı Baş nazirin müavini Şahin Mustafayev ilə Hormuzqan Əyalətinin valisi Məhəmməd Aşouri Taziani arasında görüş keçirilib və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam