Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Artım yalnız elektrik və CNG avtobuslara aiddir

 

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən dəyişəcək.

Yenixeber.org-un məlumatına görə, ilkin mərhələdə paytaxtda müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslarda gediş haqqı 60 qəpik olacaq.

Bu isə paytaxtda mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edir. Belə ki, hazırda yalnız “Bakubus” MMC-nin avtobus parkı 100 faiz olmaqla elektrik və CNG mühərrik növlüdür. Bundan başqa “Xaliq Faiqoğlu” MMC, “Çinar Trans” MMC, “GAC” MMC və digər bir neçə daşıyıcının istismarında olan xətlərdə CNG növlü avtobuslar mövcuddur. Beləliklə qiymət artımı yalnız “Bakubus”un istismarında olan marşrut xətlərinə və qeyd edilən daşıyıcılara məxsus bir neçə marşruta tətbiq ediləcək. Həmin xətlərin siyahısı gün ərzində əhaliyə təqdim ediləcək.

Bununla yanaşı hər hansı xətdə həm köhnə, həm də müasir avtobuslar varsa, onlarda gediş haqqı 50 qəpik olaraq qalacaq. Xətt üzrə avtobus parkı tam yeniləndikdə onlarda da tarif artımını tətbiq etmək mümkün olacaq.

Beləliklə tarif artımı hazırda Bakıdakı marşrut şəbəkəsinin 70 faizini əhatə etmir.

Qeyd edək ki, 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara da qiymət artımı tətbiq ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam