Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Krımda neft anbarına dron hücumu olub -FOTO

Krımda neft anbarında dron hücumundan sonra yanğın olub
Krımın Feodosiya şəhərinə pilotsuz təyyarələr hücum edib.

Yenixeber.org: PUA hücumundan sonra bölgədəki neft anbarında güclü yanğın baş verib.

Məlumata görə, pilotsuz təyyarələr Feodosiya neft yükləmə terminalında yanacaq çəninin partlamasına səbəb olub.

Bundan başqa, Novofedorovkadakı Saki aerodromuna da zərbələr endirilib.

Feodosiya, Yevpatoriya, Simferopol rayonunda və Kaça aerodromunun yaxınlığında yerləşən Andreyevka kəndi yaxınlığında da partlayışlar baş verib.

Bundan əlavə, PUA-ların Yevpatoriya ilə Uyutnoye kəndləri arasındakı hərbi hissəni vurduğu, ilkin məlumatlara görə, radarlardan birinin zədələndiyi bildirilir.

Sevastopol vilayətində də ondan çox partlayış səsi eşidilib.(UNİAN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam