Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

"Haber Global": Azərbaycan Qarabağdakı yenidənqurma təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür- VİDEO

 

Türkiyənin "Haber Global" telekanalı Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumu barədə süjet hazırlayıb.

Yenixbeer.org-un məlumatına görə, süjetdə azad olunan ərazilərdəki yenidənqurma işlərinə diqqət çəkilib.

Qeyd olunub ki, bu mənada, Azərbaycan öz təcrübəsini beynəlxalq ictimaiyyətlə də bölüşür. Dövlət və özəl sektor nümayəndələri, beynəlxalq ekspertlər, memarlar, ekoloqlar və inşaat sahəsi üzrə mütəxəssislərin olduğu forumda şəhərlərin gələcəyi üçün ortaq həll yolları müzakirə edilir. Həmçinin, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma və inşaat işləri əsas müzakirə mövzularıdır.

Materialda bundan öncəki forumların Ağdam və Zəngilanda keçirildiyi də vurğulanıb:

"Ümumilikdə 64 ölkədən 400-ə yaxın beynəlxalq nümayəndənin iştirak etdiyi forumda 1200-dən çox iştirakçı var. Budəfəki forumun əsas mövzusu isə iqlimə dayanıqlı və sağlam şəhərlərin inşası məsələsidir".

Süjetdə forumun bu gün və sabah Xankəndidə, 17 oktyabrda isə Bakıda davam etdiriləcəyi diqqətə çatdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam