Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Komitə: Şuşanın tarixi mərkəzini detallı bərpa edə bilərik

 

Şuşa şəhərinin tarixi mərkəzini kifayət qədər detallı şəkildə bərpa edə bilərik.

Yenixeber.org xəbər verir ki, bunu Bakıda keçirilən "III Milli Şəhərsalma Forumu" çərçivəsində “Gələcək şəhərlərimiz üçün gənclərin birliyi” mövzusunda keçirilən tədbirdə Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və Şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı deyib.

“Sadəcə, bərpa prosesi çox bahalı və uzun olduğu üçün, bu, çox uzun müddət çəkəcək”, - deyə o əlavə edib.

M.İmranlı memar Elturan Avalovun arxivində Şuşanın tarixi ilə bağlı önəmli görüntülərin olduğunu deyib:

“Bu yaxınlarda Elturan müəllimin çox böyük neqativlərdən ibarət bir arxivini əldə etdik. Onun razılığı ilə bu neqativləri götürdük. Orada təxminən 1500-ə yaxın neqativ var. O, 70–80-ci illərdə Şuşanın fotolarını çəkib. Heç vaxt nə çap olunub, nə də elektronlaşdırılıb. Biz həmin prosesə başladıq, elektronlaşdırdıq və indi artıq çox rahat bilirik ki, 70–80-ci illərdə Şuşa hansı görkəmdə olub, hansı küçələr harada yerləşib. Çünki şəhər dəfələrlə dağılıb və biz onun izlərini köhnə arxivlərdən tapırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam