Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Putinə müxalif olan bloqer evində ölü tapıldı -Axtarışa verilmişdi

rusiyali-bloqer-evinde-olu-tapildi

“Utro Daqestan” teleqram kanalının qurucusu, Rusiya hakimiyyətinə müxalif çıxışları ilə tanınan bloqer Abakar Abakarovun meyiti evində tapılıb.

Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, Abakarov Türkiyədə icarəyə götürdüyü villada xadimə tərəfindən ölü halda aşkarlanıb. Məlumata görə, o, oktyabrın 7-də dünyasını dəyişib.

Bildirilib ki, ölümündən əvvəl Abakarov evində qonaq qəbul edib, həmin şəxs sonradan evdən iki çanta ilə evdən ayrılıb. Rəsmi qurumlar hələlik məlumatı təsdiqləməyib.

Xatırladaq ki, “Utro Daqestan” teleqram kanalı 2023-cü ildə Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra tanınıb. Həmin vaxt Qəzza müharibəsi fonunda qəzəbli izdiham Təl-Əvivdən gələn təyyarənin sərnişinləri arasında yəhudiləri axtarmaq üçün terminal və uçuş zolağına girmişdi.

Hadisə nəticəsində 24 milyon rubldan çox maddi zərər dəymiş, 100-dən artıq şəxs 4,5 ildən 10,5 ilə qədər həbs cəzasına məhkum edilmişdi. 2023-cü ilin noyabrında isə Rusiya Daxili İşlər Nazirliyi Abakarovu axtarışa vermişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam