Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Rusiyada əməliyyat keçirildi -Azərbaycanlılar deportasiya ediləcək/FOTO

 

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada keçirilən reyd zamanı qanunsuz miqrantlar aşkarlanıb.

Yenixeber.org-un məlumatına görə, Kirov rayonu ərazisində aparılan əməliyyat tədbirləri zamanı 19 Azərbaycan vətəndaşı ölkə ərazisində qeyri-qanuni şəkildə olduqları müəyyən edilib.

Məlumata görə, Daqanova küçəsində aparılan yoxlama zamanı ümumilikdə 29 Azərbaycan vətəndaşının olduğu aşkarlanıb. Onlardan 19 nəfərin yaşayış və əmək fəaliyyəti ilə bağlı icazəsi olmadığı, beləliklə Rusiya Miqrasiya Qanunvericiliyini pozduğu bildirilib.

Hadisə ilə bağlı həmin şəxslər barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1.1-ci bəndi (xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin ölkədə qalma qaydalarını pozması) üzrə inzibati qaydada deportasiya qərarı veriləcək.

Hazırda saxlanılan şəxslərin sənədlərinin araşdırıldığı və deportasiya prosedurunun həyata keçirildiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam