Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! -XƏBƏRDARLIQ

 

Müasir evlərdə uzadıcılar elektrik cihazlarını enerji ilə təmin etmək üçün geniş istifadə olunur. Lakin onların yanlış istifadəsi ciddi fəsadlara səbəb ola bilər.

Yenixeber.org-un məlumatına görə, professor, fizika-riyaziyyat elmləri doktoru Aleksey Yurasov xəbərdarlıq edib ki, bir çox yanğın halları məhz uzadıcıların düzgün işlədilməməsi nəticəsində baş verir.

Ekspertin sözlərinə görə, qızdırıcı elementləri və mühərrikləri olan cihazlar (məsələn, tozsoranlar, elektrik radiatorları, konvektorlar, istilik ventilyatorları və mikrodalğalı sobalar) uzadıcı vasitəsilə işlədildikdə kabellərin qızmasına, izolyasiyanın əriməsinə və qısaqapanmaya səbəb ola bilər. Bu cihazların gücü 1000–3000 vatt arasında dəyişdiyindən uzunmüddətli işləmə zamanı elektrik şəbəkəsinə həddindən artıq yük düşür.

Yurasov həmçinin soyuducu və dondurucuların, eləcə də paltaryuyan və qabyuyan maşınların uzadıcı ilə qoşulmasının yolverilməz olduğunu bildirib: “Bu avadanlıqlar yalnız güclü və ayrıca elektrik rozetkalarına birbaşa qoşulmalıdır”.

Mütəxəssis əlavə edib ki, uzadıcı seçərkən onun texniki göstəricilərinə, güc tutumuna, naqil qalınlığına, torpaqlama və sertifikatlaşdırma səviyyəsinə diqqət yetirmək vacibdir. Cihazın gövdəsindəki qızarma, çat və ya qoxu dəyişiklikləri onun dərhal dəyişdirilməli olduğunun göstəricisidir.

Yurasovun fikrincə, təhlükəsizlik hər şeydən önəmlidir: “Düzgün elektrik bağlantısına qənaət etməyə çalışmaq, nəticədə çox bahalı texnikanı sıradan çıxara və insan həyatı üçün təhlükə yarada bilər.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam