Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

“Nar”a yeni baş icraçı direktor təyin olundu- FOTO

 

27 oktyabr 2025-ci il tarixində Özgür Genc “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru vəzifəsinə təyin olunub.


Yenixeber.org: Özgür Genc İKT və şəbəkə texnologiyaları da daxil olmaqla, telekommunikasiya sahəsində 25 ildən çox zəngin təcrübəyə malikdir. O, Azərbaycanın “Azerconnect Group”, Türkiyənin “Turkcell” və Ukraynanın “Lifecell” kimi nüfuzlu İKT və telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışaraq uğurlu texnologiya strategiyalarının formalaşdırılması, innovasiyaların tətbiqi prosesinə mühüm töhfələr verib. 


Özgür Genc Türkiyənin Yıldız Texniki Universitetinin Elektrik və elektronika fakültəsini bitirib. O, həmçinin İsveçrənin nüfuzlu “IMD” Biznes Məktəbində “Rəqəmsal Transformasiya və Gələcəyin İdarə olunması” proqramını müvəffəqiyyətlə bitirib.


Özgür Genc “Azerfon” MMC (“Nar”) şirkətinin baş icraçı direktoru vəzifəsində Qunnar Pankeni əvəz edib. Qunnar Panke karyerasında yeni imkanları dəyərləndirmək məqsədilə şirkətdən ayrılıb.


Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam