Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olundu- FOTOLAR

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu dünyaya gəldiyi Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunub.

Yenixeber.org xəbər verir ki, 31 oktyabr 2025-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu ailəsinin yaşadığı Qaçaqkənd kəndində vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhid Qaçaqkənd kənd qəbiristanlığında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əkil qoyulub. Onun tabutuna bükülən Azərbaycanın üçrəngli Bayrağı şəhidin oğlu Elmir  Kərimova təqdim edilib. 

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, şəhid ailələri, qazilər, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Allahverdiev Teymur 1967-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub.1992-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə itkin düşüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam