Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Həkim səhlənkarlığının daha bir qurbanı...

Lənkəranda kişi həkim səhlənkarlığının qurbanı oldu

Lənkəranda kişi əməliyyatdan sonra ölüb.

Yenixeber.org: Məlumata görə oktyabrın 28-də Lənkəran rayon mərkəzi xəstəxanasına yırtıq səbəbləri ilə daxil olan Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayev əməliyyata götürülüb.

Yoldaşı Azadə Rzayeva deyir ki, elə həmən gün əməliyyatı doktor İshaq aparıb. Əməliyyatdan sonra S.Rzayev özünü pis hiss edib. "Həkim səhlənkarlığı olub. Öyrəndik ki, həkim yoldaşımın bağırsağını deyiş və buna görə onun qarnı şişib, zəhərlənmə verib. Sağ olsunlar xəstəxananın o biri həkimləri, əllərindən gələni etdilər və 2 gün bundan əvvəl yoldaşımı yenidən əməliyyata saldılar. Artıq gec olduğundan yoldaşımın həyatını xilas edə bilmədilər. Əməliyyatdan sonra doktor İshaqı xəstəxanada tapa bilmirik. Yoldaşımın ölümünə səbəb birbaşa odur". 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam