Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

150 milyon manatdan çox uyğunsuzluq aşkarlanıb -RƏSMİ

150 milyon manatdan çox uyğunsuzluq aşkarlanıb - PALATA

Hesablama Palatası tərəfindən Milli Məclisdən daxil olmuş 2026-cı il dövlət büdcəsi layihəsinə dair rəy hazırlanıb.

Yenixeber.org: Rəyin hazırlanması prosesində müvafiq dövlət orqanları ilə müzakirələr aparılaraq büdcə zərfində düzəlişlər edilib. Bununla yanaşı, qanun layihəsinin bəzi maddələri üzrə təkmilləşdirmələrin aparılmasının zəruri olduğu qənaətinə gəlinib.

Belə ki, qanun layihəsinin 7-ci maddəsində əks etdirilən dövlət büdcəsi xərclərinin funksional təsnifatının təhlili nəticəsində uçotda bəzi uyğunsuzluqlar müəyyən olunub.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“Hesablamalarımıza əsasən, bu uyğunsuzluqların məbləği 150 milyon manatdan çoxdur. Hesab edirik ki, bu uyğunsuzluqların bir qismi büdcə təsdiq edilənədək dövlət büdcəsində nəzərə alınacaq”, – deyə Vüqar Gülməmmədov qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam