Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

“Zamanı aşan İRS” layihəsinin təqdimat mərasimi keçirildi

“Zamanı aşan İRS” layihəsinin təqdimat mərasimi keçirildi

Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Dəyərlərin Təbliği İctimai Birliyi tərəfindən icra olunan “Zamanı aşan İRS” adlı layihənin təqdimat mərasimi keçirilib.

Layihənin məqsədi Azərbaycanın görkəmli xeyriyyəçisi, ictimai xadimi Ağa Musa Nağıyevin həyat və fəaliyyətinin, eləcə də onun yaratdığı irsin cəmiyyətə tanıdılması, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi istiqamətində maarifləndirici işlərin aparılmasıdır.

Tədbirdə Milli Məclisin deputatı, ictimai xadimlər, elm və mədəniyyət nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Layihə çərçivəsində “İrsin varisi” adlı sosial çarx hazırlanıb. Çarxda həm Ağa Musa Nağıyevin həyatı və xeyriyyəçilik fəaliyyəti, həm də tarixçi, elmlər namizədi Dilara Nağıyevanın 35 illik fədakar elmi və ictimai fəaliyyəti işıqlandırılıb.

Təqdimat mərasimində çıxış edənlər layihənin Azərbaycan cəmiyyətində milli dəyərlərin qorunması, tarixi şəxsiyyətlərin irsinin tanıdılması və bu dəyərlərin gənclər arasında təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Layihə rəhbəri Dilara Nağıyeva qeyd edib ki, “Zamanı aşan irs” sadəcə bir layihə deyil, bu, milli kimliyimizin və tarixi yaddaşımızın yaşadılması istiqamətində mühüm bir addımdır. Onun sözlərinə görə, layihə vasitəsilə Ağa Musa Nağıyevin irsi gənc nəslə nümunə kimi təqdim olunur və bu dəyərlər gələcəyə daşınır.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam