Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Birgə işçi qrup yaradıldı...

ABŞ-la Azərbaycan arasında Strateji İşçi Qrupu yaradıldı - VİDEO

ABŞ və Azərbaycan 8 avqustda Vaşinqtonda keçirilən sammitdə əldə olunmuş razılaşmaların icrası ilə məşğul olacaq birgə işçi qrup yaradıblar.

Yenixeber.org: Bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

 Hukerin sözlərinə görə, onun regiona ilk səfəri avqust razılaşmasının irəlilədilməsi üzrə mühüm mərhələ ilə üst-üstə düşür və bu səfər həmin razılaşmanın həyata keçirilməsi üçün praktiki addımların müzakirəsinə yönəlib – ticarət və enerji əməkdaşlığından tutmuş regional əlaqələrin və təhlükəsizliyin gücləndirilməsinədək.

 Dövlət katibinin müavini vurğulayıb ki, həmin danışıqlar və razılaşma ilə bağlı ikitərəfli məsələlərin müzakirəsini səbirsizliklə gözləyir və tərəfləri həm bir-biri ilə, həm də Ermənistanla böyük iş gözləyir.

 "Bu danışıqları davam etdirəcək işçi qrupunun yaradıldığını elan etməkdən məmnunam. Qrupa ABŞ Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək. Qrupun əsas məqsədi ABŞ və Azərbaycan arasında Strateji tərəfdaşlıq Xartiyasının hazırlanması olacaq. Bu təşəbbüs, Azərbaycan və Ermənistan arasında tamhüquqlu sülh sazişinin imzalanmasına doğru irəliləyişlə birlikdə, ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızı daha da dərinləşdirəcək, həmçinin Cənubi Qafqazın mühüm ticarət dəhlizi kimi potensialını üzə çıxarmağa imkan verəcək. Prezidentlər Tramp və İlham Əliyevin rəhbərliyi altında bütün bunların necə həyata keçiriləcəyini görəcəyik", – deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam