Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Heyvan bazarını AQTA bağlatdırıb –Bəs nə vaxt açılacaq?

Heyvan bazarını AQTA bağlatdırıb – Bəs nə vaxt açılacaq?
Bölgələrdə heyvan bazarının bağlanması sakinlərin narazılığını artırır.
Yenixeber.org: Fermerlər artıq bazara məhsul çıxarda bilmədikləri üçün çətinliklə üzləşdiklərini bildirirlər:
"Yem almağa belə pulumuz yoxdur. 1 aydır ki, hər şeyi nisyə şəkildə əldə edirik".
Qeyd edək ki, Göygöl, Daşkəsən, Samux eləcə də qərb bölgəsində heyvandarlıqla məşğul olan insanların üz tutduqları məkan eynidir, yəni Göygöl mal bazarından söhbət gedir. Ərazisi təxmini 20 hektardan çox olan bu bazarda bir aya yaxındır satış dayandırılıb. Buna səbəb bazarda AQTA-nın göstərişinə əsasən yenidənqurma işlərinin aparılmasıdır.
Bəs bərpa işləri nə yerdədir?
Ərazi üzrə nümayəndənin sözlərinə görə, yenidənqurma işləri yekunlaşır:
"Həmin yerdə hər şey təzələnib, yola da asfalt çəkilir. Müasir kəsim məntəqəsi də yaradılıb".
Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, fəaliyyəti müvəqqəti dayandırılan bazarlarda yenidənqurma və sanitar-gigiyenik tələblərə uyğunlaşdırılma prosesi davam edir. Uyğunsuzluqların aradan qaldırılması və agentliyin yekun qiymətləndirilməsindən sonra onların fəaliyyətinə icazə veriləcəkdir. Tələblərə cavab verməyən bazarlar isə açılmayacaq.(milli.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam