Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ukrayna ilə bağlı XƏBƏRDARLIQ

Ukrayna ilə bağlı xəbərdarlıq edildi

Qərbin vaxtında və kifayət qədər hərbi yardımı olmadan Ukraynanın müdafiə xətti yenidən ciddi təzyiq altında qala bilər.

Yenixeber.org: Bu barədə ABŞ-nın Müharibə Araşdırmaları İnstitutu (ISW) xəbərdarlıq edib.

İnstitutun son hesabatında bildirilir ki, Ukrayna ordusu Rusiya qüvvələrinin irəliləyişini dayandırmaq və cəbhəni sabitləşdirmək gücünə yalnız davamlı hərbi dəstək və mövcud sanksiyaların saxlanılması fonunda malikdir.

ISW xatırladır ki, Ukrayna ordusu 2022-ci ildə Kiyev vilayətində və ölkənin şimal bölgələrində Rusiya qoşunlarını geri çəkilməyə məcbur etmiş, həmin ilin payızında Xarkov vilayətində geniş əraziləri azad etmiş və noyabrda Xersonun sağ sahilini Rusiyanın nəzarətindən çıxarmağa nail olmuşdu.

Hesabatda qeyd olunur ki, ukraynalılar Rusiyaya “əldə etdiyi nəticələrlə müqayisədə qeyri-proporsional dərəcədə yüksək itkilər” verdirərək onu resurs və zaman itkisinə məruz qoyublar. 2024-cü ilin yazında Xarkovun şimalına, 2025-ci ilin yanvarında isə Sumı istiqamətinə Rusiya hücumları da Ukrayna tərəfindən uğurla dəf edilib.

ISW ekspertləri hesab edir ki, Ukrayna Rusiyanı mövqe savaşına məcbur edib və bu, Moskvanın genişmiqyaslı manevr imkanlarını məhdudlaşdırıb. Analitiklərə görə, Qərbin koordinasiyalı hərbi-siyasi dəstəyi davam edərsə, Ukrayna xüsusilə Donetsk bölgəsində qurduğu müdafiə xəttindən istifadə etməklə Rusiyanın irəliləyişinin qarşısını almaqda davam edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam