Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Lavrov hara yoxa çıxmışdı?

Lavrov hara yoxa çıxmışdı?

Rusiya xarici işlər naziri Sergey Lavrov bir müddətdir mediada “yoxa çıxması” ilə bağlı səslənən suallara ironik münasibət bildirib.

Yenixeber.org: Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar üçün Kremlə gələrkən jurnalistlər nazirdən “hara yoxa çıxmısınız?” deyə soruşublar.

Lavrov isə sualı zarafatla cavablandırıb: “Mən hələ də yoxam”.

Qeyd edək ki, son günlər bəzi xarici KİV-lər (The Economic Times və The Independent) Lavrovun ləğv edilən Putin–Tramp görüşü səbəbindən “qara siyahıya düşdüyünü” iddia edirdilər. Həmin məlumatlarda prezident Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammitin pozulmasının Lavrovun “siyasi mövqeyini zəiflədə biləcəyi” yazılmışdı.

Kreml bu məlumatları dəfələrlə təkzib edib. Putin jurnalistlərə açıqlamasında iddiaları “saxta” adlandırıb və Lavrovun ABŞ tərəfi ilə görüşə hazırlaşdığını bildirib: “Onun öz iş qrafiki var. Mənə məlumat verdi və nə ilə məşğul olacağını dedi”.

Prezidentin mətbuat katibi Dmitri Peskov da bəyan edib ki, Lavrov “iş başındadır” və “hər şey qaydasındadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam