Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

 

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır.

Yenixeber.org xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Etibarlı Tərəfdaş Konsepsiyası”nın tədbirlər planında öz əksini tapıb.

Qeyd edilib ki, hazırda təcrübədə gömrük təmsilçiliyi institutu əsasən gömrük bəyannamələrinin tərtibi ilə məhdudlaşır, ancaq beynəlxalq qanunvericilikdə gömrük əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı kifayət qədər geniş imkanlar mövcuddur.

Beynəlxalq təcrübədə gömrük təmsilçisi qismində fəaliyyət göstərən şəxslər gömrük bəyannamələrinin və digər məlumatların gömrük orqanlarına təqdim edilməsi ilə yanaşı, gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin hazırlanması (icazə və lisenziyaların alınması), malların uçotu, rəsmiləşdirmə prosesində aidiyyəti dövlət orqanları ilə əlaqələr qurulması, gömrük ödənişlərinin ödənilməsi və qaytarılması, mübahisələrin həllində vasitəçilik, konsultasiya xidmətləri göstərilməsi, eləcə də gömrük rəsmiləşdirilməsindən sonrakı audit üzrə xidmətlər göstərirlər. Həmçinin, təmsilçilik fəaliyyətinin göstərilməsi üçün bəzi standartlara, xüsusilə gömrük və digər əlaqəli normativ hüquqi aktlar üzrə, ticarətlə əlaqəli daşınma və maliyyə məsələləri üzrə biliklərə, maliyyə imkanlarına, elektron sistemə, məlumatları elektron ötürmək bacarığına, minimum təhsil səviyyəsinə, iş təcrübəsinə və təlim saatlarına malik olmalıdırlar.

Cari vəziyyətdə təmsilçilik fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və təkmilləşmələrin aparılması gömrük təmsilçilərinin etibarlı tərəfdaş qismində tanınmasını zəruri edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam