Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

 

Nazirlər Kabinetinin ötən həftə qəbul etdiyi qərarla hərbi xidmətə çağırışda bir sıra yeniliklər edilib.Qeyd edək ki, yeniliklər “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişiklikdə öz əksini tapıb. Sənəd Baş nazir Əli Əsədov tərəfindən imzalanıb və çağırışaqədər yaşda olan gənclərlə çağırışçıların tibbi müayinəsi prosesinə yeni tənzimləmələr gətirir. Əvvəlki qaydada tibbi müayinə zamanı diaqnozun dəqiqləşdirilməsinə və ya müalicəyə ehtiyac yarandıqda gənclər yalnız əlavə ambulator və ya stasionar müayinələrə və ya lazım gəldikdə müalicəyə göndərilirdi.

Yenixeber.org-un məlumatına görə, yeni dəyişiklik müalicə məsələsini daha konkret və məcburi hala gətirir.

Dəyişikliyə əsasən, tibbi müayinə nəticələri diaqnozun dəqiqləşdirilməsini tələb etdikdə həmin şəxslər əvvəlki kimi tibb müəssisələrinə əlavə müayinəyə göndəriləcək. Lakin gənc “hərbi xidmətə müvəqqəti yararsız” hesab olunarsa, artıq o, tibb müəssisələrində mütləq qaydada müalicəyə cəlb ediləcək.

Bu müalicənin maliyyə təminatı da dəqiqləşdirilib. Proses dövlət büdcəsinin vəsaiti hesabına, xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam