Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

KİV: Ukraynaya 20 minədək sülhməramlı göndərilə bilər

 

Atəşkəs əldə olunacağı təqdirdə Ukraynada yerləşdiriləcək sülhməramlı kontingentin sayı 15–20 min nəfər arasında ola bilər.

Yenixeber.org xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.

Məlumata görə, bəzi paytaxtlarda sülhməramlıların sayının 30 minə çatdırılması ehtimalı da müzakirə olunur.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Parisdə keçiriləcək “İstəklilər Koalisiya”nın görüşü zamanı Ukraynanın təhlükəsizliyinə dair konkret öhdəlikləri təqdim etməyə ümid edir. Onun sözlərinə görə, əsas məqsəd atəşkəs baş verdiyi halda sülhməramlı qüvvələrin tərkibi və yerləşdirilməsi ilə bağlı aydın mexanizmin müəyyənləşdirilməsidir.

Məlumata əsasən, hələlik hərbi planlar ictimaiyyətə açıqlanmayıb. Bununla belə, sülhməramlı qüvvələrin əsas hissəsini Fransa və Böyük Britaniyanın təmin edəcəyi gözlənilir. Bu ölkələr quru və hava komponentlərinə cavabdeh olacaqlar. Türkiyə isə Qara dənizdə nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunmasında iştirak etməyə hazır olduğunu bildirib.

Qeyd olunur ki, mümkün sülhməramlı qüvvələrin təmas xəttinə nə qədər yaxın yerləşdiriləcəyi hələ dəqiqləşdirilməyib. “Azadlıq Radiosu”nun danışdığı əksər avropalı rəsmilər hesab edirlər ki, bu qüvvələr əsasən Ukraynanın qərbində yerləşdiriləcək və Ukrayna ordusunun dəstəklənməsi və təlimi ilə məşğul olacaqlar.

Gözlənilən missiyanın əsas məqsədi dənizdə, havada və quruda təhlükəsizliyin təmin olunması, həmçinin atəşkəs rejiminin qorunmasına töhfə vermək olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam