Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim

Xalq rəssamı Fərhad Xəlilov "İstiqlal" ordeninin şəklini hazırlayarkən nə vaxtsa bu ordenlə təltif olunacağını düşünmədiyini bildirib.
Yenixeberorg.az xəbər verir ki, o, bunu Prezident İlham Əliyevin ona "İstiqlal" ordenini təqdim edərkən deyib.
"Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam.", – Fərhad Xəlilov vurğulayıb.
Prezident İlham Əliyev isə cavabında bildirib: "Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz".









AZ
RU