Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

İsrail Livanda əməliyyat keçirib -MƏQSƏD

 

İsrail Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlıları 1986-cı ildə Livan əsirliyinə düşən Hərbi Hava Qüvvələrinin şturmanı Ron Aradın qalıqlarını tapmaq məqsədilə ötən gecə Livanın şərqində əməliyyat keçirib.

Yenixeber.org xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Livanın Nəbi-Şit bölgəsindəki əməliyyat bilavasitə Aradın qalıqlarını aşkar etmək məqsədi daşıyıb, lakin nəticəsiz başa çatıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Nəbi-Şitdəki əməliyyat zamanı ən azı 26 nəfər həlak olub, daha 35 nəfər yaralanıb.

Ron Arad 1986-cı il oktyabrın 16-da döyüş tapşırığı ilə yollandığı Livan ərazisi üzərində "F-4 Phantom" təyyarəsi vurulduqdan sonra əsir düşüb. Təyyarənin pilotunu xilasetmə helikopteri ilə götürmək mümkün olsa da, Aradı xilas etmək mümkün olmayıb. Onun azad edilməsi barədə danışıqlar iki il ərzində aparılsa da, sonradan dayandırılıb. Həmin vaxtdan bəri o, itkin düşmüş hesab edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam