Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bakıda iki icra başçısı subasma hadisəsi baş verən əraziyə gəliblər-FOTOLAR

 

Xəzər və Binəqədi rayon icra başçıları subasma hadisəsi baş verən əraziyə gəliblər.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb.

Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şüvəlan qəsəbəsində subasma hadisəsi baş verən əraziyə gəlib, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Binəqədi rayonu ərazisində qəza baş vermiş əraziyə gəlib.

İcra başçıları rayonun təsərrüfat qurumlarına yağışın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar veriblər.

Şəhər ərazisində digər belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.

Yağan yağışın fəsadlarının aidiyyəti qurumlar tərəfindən aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam