Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib

 

Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib.

Yenixeberorg.com-un məlumatına görə, aprelin 3-də Siyəzən Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər müraciət edib.

Onlardan 2 nəfər – Rəsulova Leyla Şamil qızı (10.07.2012) və Hacıyeva Xəyalə Adil qızı (11.04.1996) təcili tibbi yardım briqadası (103 xidməti) vasitəsilə xəstəxanaya çatdırılıb. Digər 3 nəfər – Kərimova Azadə İsmayıl qızı (27.03.1989), Cəlilova Zeynəb Şəfaqət qızı (20.11.1996) və Nəzərova Vəfa Mürvət qızı (22.12.1980) isə yaxınları tərəfindən tibb müəssisəsinə gətirilib.

Xəstələrin xəstəxanaya qəbul olunarkən vəziyyətlərinin stabil olduğu bildirilib. Onlar əsasən boğulma hissi, boğazda qıcıqlanma və ürəkbulanma şikayətləri ilə müraciət ediblər. Hər 5 xəstəyə yerindəcə yardım göstərilib. Vəziyyətləri stabilləşəndən sonra evə buraxılıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam