Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Rusiya Ukraynada Nikopol şəhərindəki bazara zərbə endirib:5 ölü, 19 yaralı var

 

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhərindəki bazara zərbələr endirib, nəticədə 5 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanji bildirib.

Məlumata görə, Rusiya qoşunları FPV-dronlarından istifadə edib. Yanğın baş verib. Ticarət pavilyonları və mağaza dağıdılıb.

"Üçü qadın və ikisi kişi olmaqla beş nəfər həlak olub. Daha 19 nəfər yaralanıb, onların arasında 14 yaşlı qız da var. Uşaq xəstəxanadadır, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər", - məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam