Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

“İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyi Türk xalqları yazarlarının beynəlxalq ədəbiyyat festivalında təmsil olunub

[center]“İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyi Türk xalqları yazarlarının beynəlxalq ədəbiyyat festivalında təmsil olunub[/center]
Qardaş Türkiyə Respublikasının Adana şəhərində keçirilən Türk xalqları yazarlarının beynəlxalq ədəbiyyat festivalında “İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyi də təmsil olunub.

Bir həftə davam edən festival çərçivəsində Azərbaycan, Türkiyə və digər türk xalqlarından olan şair və yazıçılar arasında səmərəli görüşlər keçirilib, ədəbi müzakirələr aparılıb, qarşılıqlı yaradıcılıq əlaqələrinin inkişafı istiqamətində fikir mübadiləsi edilib. Tədbir zamanı Azərbaycan ədəbiyyatı və milli-mədəni dəyərlər iştirakçılara geniş şəkildə təqdim olunub.

Festival “İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyi üçün də yeni ədəbi əlaqələrin qurulması baxımından əlamətdar olub. Xüsusilə Özbəkistanın tanınmış şair və yazıçıları ilə yaradılan dostluq münasibətləri sonrakı illərdə uğurlu ədəbi əməkdaşlığın əsasını təşkil edib.

Məhz həmin görüşlərdən sonra özbək müəlliflərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi istiqamətində işlər daha da genişlənib. Sonrakı dövrdə bir sıra özbək şairlərinin şeirləri və digər ədəbi nümunələri Azərbaycan oxucularına təqdim olunub ki, bu da iki qardaş xalq arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib.

“İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyi bundan sonra da türk xalqları arasında ədəbi əməkdaşlığın inkişafı, ortaq mədəni irsin təbliği və qarşılıqlı tərcümə fəaliyyətinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
[center]


[/center]


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam