Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Qışda Zaporojye AES-də nüvə təhlükəsizliyi riskləri arta bilər"

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi

Ukraynanın elektrik şəbəkələrinin mövcud vəziyyəti nüvə təhlükəsizliyi üçün ciddi risklər yaradır və qışın yaxınlaşması ilə bu təhlükələr daha da arta bilər.

Yenixeberorg.az: Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasının (AES) yenidən xarici elektrik təchizatından tam məhrum olması fonunda bildirib.

“Ukraynanın elektrik şəbəkələrinin vəziyyəti və bunun nüvə təhlükəsizliyinə təsiri ilə bağlı narahatlığımı ifadə etmək çətindir. Temperatur aşağı düşdükcə və qış yaxınlaşdıqca bu narahatlıqlar daha da artır”, – Qrossi deyib.

Agentliyin məlumatına əsasən, noyabrın 8-də 330 kilovoltluq “Ferrosplavnaya-1” elektrik ötürücü xəttinin zədələnməsi nəticəsində Zaporojye AES 12 saatdan çox xarici elektrik təchizatından məhrum olub.

Bildirilib ki, bu, münaqişə başlayandan bəri stansiyanın xarici elektrik enerjisini tam itirməsi ilə bağlı 27-ci hadisədir.

Qrossi nüvə təhlükəsizliyi üçün əhəmiyyət daşıyan enerji infrastrukturuna qarşı hərbi əməliyyatların tam dayandırılmasına çağırıb.

O, həmçinin tərəfləri “Dneprovskaya” yarımstansiyasının və Zaporojye AES-i enerji ilə təmin edən 750 kilovoltluq elektrik xəttinin bərpası üçün BAEA ilə əməkdaşlığı davam etdirməyə səsləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam