Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Kilsədə 9 nəfəri öldürən qardaşlarla bağlı QƏRAR VERİLDİ...

Kilsədə 9 nəfəri öldürən qardaşlar edam olunacaq

İordaniyada ötən ay ölkənin cənubunda yerləşən kilsəyə silahlı hücum edərək 9 nəfəri öldürən və 25 nəfəri yaralayan üç şəxs edam cəzasına məhkum edilib.

Yenixeberorg.az: Oktyabrın 23-də Kərək əyalətinin Hammud kəndindəki yunan pravoslav kilsəsində dəfn mərasimi zamanı silahlı şəxslər hücum həyata keçiriblər.

Hücumdan sonra qaçan üç şübhəli – iki İordaniya vətəndaşı olan qardaş və onların qohumu üç gün sonra saxlanılıb.

İordaniya ordusunun bazar günü yaydığı açıqlamada Dövlət Təhlükəsizlik Məhkəməsinin üç təqsirləndirilən şəxs barəsində edam hökmü çıxardığı bildirilib.

Məhkəmə onları terror aktları törətmək, insan ölümünə səbəb olmaq, qanunsuz silah saxlamaq, terror fəaliyyətini planlaşdırmaq və terror təşkilatının ideyalarını təbliğ etməkdə təqsirli bilib. Təqsirləndirilənlərdən biri terror aktlarının maliyyələşdirilməsi məqsədilə vəsait təmin etməkdə də ittiham olunub.

Qeyd edək ki, hücumdan sonra İordaniya Kralı II Abdullah hadisə qurbanlarının ailələrinə başsağlığı verərək, məsul şəxslərin ən ağır cəzaya məhkum ediləcəyini bildirmişdi. O, həmçinin ölkədə hücumlara qarşı təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçirilməsini tapşırmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam