Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

İran ABŞ-dakı seçkilərdən sonra danışıqlarda mövqeyini sərtləşdirib

"The New York Times”: İran ABŞ-dakı seçkilərdən sonra danışıqlarda mövqeyini sərtləşdirib
İran ABŞ-da keçirilən aralıq seçkilərdən sonra Vaşinqtonla danışıqlarda daha sərt mövqe tutmağa başlayıb.

Yenixeberorg.az: Bu barədə “The New York Times“ ABŞ, Avropa və İran rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran Respublikaçılar Partiyasının seçkilərdə ciddi məğlubiyyətini ABŞ Prezidenti Donald Trampın İran müharibəsini idarə etməsinə seçicilərin reaksiyası kimi qiymətləndirir və bunun Vaşinqton üzərində təzyiqi artırdığını düşünür.

Nəşrin yazdığına görə, İran rəhbərliyi bu nəticələrdən sonra danışıqlarda daha az güzəştə getməyə meyllidir. Eyni zamanda, Tehran Hörmüz boğazının açılması və mümkün razılaşma ilə bağlı ABŞ-dan əvvəlcə müəyyən addımlar atmasını tələb edir.

ABŞ və Avropa kəşfiyyat qurumları isə İranın hələ də razılaşmada maraqlı olduğunu, xüsusilə dondurulmuş aktivlərinə çıxış əldə edə biləcəyi təqdirdə danışıqları davam etdirməyə hazır olduğunu bildirirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam