Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir

2027-ci ildə Azərbaycanda kənd təsərrüfatı üzrə vergi daxilolmaları 13 milyon manat olacaq.

Yenixeberorg.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

"Dövlət kənd təsərrüfatına genişmiqyaslı dəstək proqramları həyata keçirir. Birbaşa və dolayı dəstək istiqamətləri də daxil olmaqla, bu dəstəyin ümumi məbləği 1,5 milyard manata yaxındır. Kənd təsərrüfatı üzrə vergi daxilolmalarının cəmi 13 milyon manat olacağının gözlənildiyini nəzərə alaraq hesab edirik ki, dövlət fermerə və kənd təsərrüfatı istehsalçısına potensial vergi ödəyicisi kimi yanaşmır. Müzakirələr zamanı aidiyyəti qurumlara da tövsiyə olundu ki, bu məsələlər ictimaiyyətə, xüsusilə aqrar ictimaiyyətə və kənd əhalisinə ətraflı izah edilsin, maarifləndirmə işləri aparılsın. Çünki dövlətin aqrar siyasəti ilə bağlı cəmiyyətdə yanlış təsəvvür yaranmamalıdır. Dövlət bu gün də fermerin və kənd təsərrüfatı istehsalçısının yanındadır", - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam