Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Elman Rüstəmov ən yaxşı baş bankirlər siyahısında geriləyib

"Global Finance" jurnalı "The World’s Central Bankers 2016" reytinqini açıqlayıb.

Xeberinfo.com:   APA xəbər verir ki, reytinqdə ənənəvi olaraq dünyanın mərkəzi banklarının rəhbərlərinin fəaliyyəti qiymətləndirilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov "D" reytinqinə layiq görülüb. Qeyd edək ki, ötən il jurnal Azərbaycanın baş bankirinə "C" reytinqi verib. Beləliklə, E. Rüstəmov reytinqdə geriləyib.

Nəşr Azərbaycanı Asiya ölkələri sırasında göstərib. E. Rüstəmov isə həmin regionda ən aşağı reytinq alan baş bankirdir. Həmin bölgənin ən yaxşı baş bankiri Filippin Mərkəzi Bankının rəhbəri Amando Tetanqkodur (Amando Tetangco).

Həmin regionda göstərilən Avstraliya, Şri-Lanka, Banqladeş, Malayzaiya, Vyetnam və Hindistanın baş bankirlərinə reytinq verilməyib.

Ümumilikdə, ilin ən yaxşı bankirləri, yəni "A" reytinqinə malik olan baş bankirlər bunlardır: Karnit Fluq (İsrail), Riad Salame (Livan), Karlos Fernandez Valdovinos (Paraqvay), Xulio Velarde Flores (Peru), Elvira Nabiullina (Rusiya), Fai-Nan Pernq (Tayvan), Mark Karni (Böyük Britaniya).

Onların ardınca ("A-" reytinqinə malik olanlar) isə bunlardır: Ziad Fariz (İordaniya), Agustin Carstens (Meksika), Abdellatif Jouahri (Mərakeş), Canet Yellen (ABŞ).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam