Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

ANS-in kassasiya şikayəti təmin olundu - FOTOLAR

ANS-in kassasiya şikayəti təmin olundu - FOTOLAR

 

 

Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.  
 
Xeberinfo.com:   Musavat.com-un prosesdə iştirak edən əməkdaşının məlumatına görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələrinin orderlərinin olub-olmaması müəyyənləşdirildi. İş icraata götürüldü. Məhkəmə prosesi 15 sentyabr, saat 12:00-a təyin olundu.
Daha sonra jurnalistlərə açıqlama verən şirkətin prezidenti Vahid Mustafayev bildirib ki, Ali baş komandana inanırlar və sonun yaxşı olacağına ümid edirlər:
" Biz də öz növbəmizdə bu məsələni hüquqi yolla həll etməyə çalışırıq". V. Mustafayev prosesləri işıqlandırdıqları üçün jurnalistlərə təşəkkürünü də bildirib.
Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.
Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam